Səmada qəribə səslər təşvişə səbəb oldu – VİDEO

0
646

Sosial şəbəkələrdə yayılan video çarx böyük marağa səbəb olub.

Video çarx bu ay Slovakiyada qeydə alınan 7 fərqli videodan yığılıb. Hər video çarxda səmadan gələn qəribə və müəmmalı səslər eşidilir. Bu səsə metal cingiltisi, hansısa fantastik heyvanın nərəsini xatırladır. Maraqlıdır ki, hər hadisə zamanı isə buludlar sirli formada olur.

Maralqıdır ki, səslər Slovakiyada zavod, fabrik, sənaye obyektləri olmayan ərazidə qeydə alınıb. Bütün hadisə şahidləri isə səsin səmadan gəldiyini bildirirlər.

Video çarxa isə bir çox rəylər yazılıb. Bəziləri bunu yadplanetlilərlə əlaqələndirir. Bəziləri isə qədim xtonik bədheybətdən danışır. Hətta mələklərdən, Nibiru planetindən danışanlar da tapılıb. Eyni zamanda litosfer təbəqəsinin hərəkəti, Yerin maqnit sahəsinin vibrasiyaları kimi versiyalar da irəli sürülüb.