Şəhidimiz dəfn edildi

0
696

Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi Qax rayonuna gətirilib.

Şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.

Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

***

A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.