Nazir təyyarəyə gecikdiyi üçün istefa verdi

0
270

Meksikanın ətraf mühit və təbii sərvətlər naziri Cozefa Qonzales Blanko təyyarəyə gecikdiyi üçün istefa verib.

Rəsmi səfərə gedən Blanko təyyarəyə 30 dəqiqə gecikib və digər sərnişinlərin narazılığına səbəb olub. Faktın mediada işıqlandırılması məsələnin daha da böyüməsi və nazirin istefa verməsi ilə nəticələnib.

Qeyd edək ki, Meksikada son bir həftədə 2 nazir istefa verib. Ötən günlərlə sosial təhlükəsizlik naziri German Martinez Kazares vəzifəsindən getdiyini açıqlamışdı.