Məşhur fransalı bərbər vəfat edib

0
457
Fransalı bərbər və sahibkar Patrik Ales 88 yaşında vəfat edib.
Bərbər əsil adı Xesus Qonsalesdir. O, 1930-cu ildə İspaniyanın Santander şəhərində dünyaya göz açıb. 7 yaşında ikən Xesus ailəsi ilə birlikdə vətəndaş müharibəsindən qurtularaq Fransaya qaçıb.
Parisdə gənc özünə tezə ad götürüb və böyük bərbər salonların birində işə düzəlib. İllər ötdükcə o, saçlara qulluq etmə üzrə tanınmış ulduza çevrilib. Zəmanəsinin məşhurları onun daimi klientləri olub: aralarında Katrin Denöv və Ceki Kennedi kimi adlar var.
1964-cü ildə Ales yeni saç yatırma üslubunu icad edib: lazımi saç düzümü almaq üçün onları nəm halda darayıb fenlə qurudarmış. Bu üslub dünyaya geniş yayılıb və indiyə kimi istifadə olunur.