İNK da “Gənc DOST”ladır

0
827

İctimai Nəzarət Koalisiyasının informasiya, kommunikasiya texnologiyaları
üzrə rəhbəri Xanlar Məmmədov və təşkilatın fəal əməkdaşı Anar İsmayılov
mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST)
Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində
iştirak ediblər.
Prezident İlham Əliyev və Birinci vitse-prezidenti  Mehriban Əliyevanın iştirak etdiyi
mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev binada yaradılan
şərait barədə məlumat vermişdir.
Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib.
Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında
və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST
mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial
hüquqları barədə məlumat veriləcək.

 

 

 

 

 

 

Qeyd edək ki, DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul edə biləcək. Mərkəz
ilkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək. İlk
ərzində 100 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik
və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək. Mərkəzdə 96 nəfər, “Gənc
DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərəcək. Burada “Pensiya və sosial
sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-
ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək
münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-
psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə,
mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib
və “bir pəncərə”dən faydalanmasına imkan verir.
Hazırda dünya təcrübəsində oxşar layişələr olsa da, DOST mərkəzləri əhalinin
məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir
pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ
yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin
ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi
gözlənilir. Agentlik DOST mərkəzləri vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon
şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin
regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST
Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından
asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət
göstərəcək. “Gənc DOST” könüllülər proqramı hazırlanıb və artıq 50 könüllü işə
başlayıb. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlbi də nəzərdə
tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir
qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşdülər. Bu könüllər arasında İNK-

nin fiziki məhdudiyyətli gənc əməkdaşları Xanlar Məmmədov və Anar İsmayılov
da var idi.
Qeyd etməliyik ki, ölkə rəhbərliyinin qayğı və diqqətinin tərənnümü olan yeni
Özünəməşğulluq Proqramı layihəsinin reallaşması İctimai Nəzarət
Koalisiyasının da yüksək məmnunluqla qarşıladığı bir şəffaflıq nümunəsidir.
İNK gənclərinin bu proqramda iştirakı bu təşkilatın “Gənc DOST”
könüllülərinin cərgəsinin genişlənməsində və mərkəzin fəaliyyətinin
dəstəklənməsində əməli xidmətlərini əsirgəməyəcəklərinin təsdiqinə ilk
addımdır.

“ictimaixeber.az”