Ərdoğandan jest: Azərbaycan dilində təbrik – Foto

0
292

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətiylə təbrik edib.

Ərdoğan Feysbuk səhifəsində təbrik mesajını Azərbaycan dilində yazıb.

“Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci il dönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, – Ərdoğan qeyd edib.