Türkmənistan prezidenti at haqqında rep oxudu – VİDEO

0
572

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rovaç adlı Axaltəkə atı haqqında rep söyləyib.

Dövlət başçısı  sözləri özünə, musiqisi isə nəvəsi Kərimquluya aid olan repi Beynəlxalq Atçılıq İdman Kompleksində türkmən atlarına həsr olunmuş milli bayramda söyləyib. Prezident rep söyləyərkən nəvəsi onu gitarada müşayiət edib. Rep-kompozisiyanın mətnində bildirilir ki, bu at ölkənin gələcək xoş günlərinin müjdəçisi olacaq.

Bu ilin yanvar ayında dünyaya göz açmış və adının mənası uğur olan Rovaç ölkənin rifah simvoluna çevrilib.

Qeyd edək ki, dövlət başçısı tez-tez maraqlı ifası və sürpriz qərarları ilə diqqət çəkir. O 8 Mart münasibəti ilə Türkmənistan qadınlarını mahnı oxuyaraq təbrik etmişdi.

Berdıməhəmmədovun nəvəsi ilə birlikdə ötən il ifa etdiyi bir rep kompozisiyasını təqdim edirik: