Təhsil Nazirliyindən “Formula 1”lə bağlı məktəblərə MÜRACİƏT

0
461

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə 26-28 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı təlimatı məktubu göndərilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.