Qafqazşünas aliminin mübariz axtarışları…

0
412

Bu gün Beynəlxalq Mətbuat mərkəzində tanınmış rusiyalı politoloq, tarixçi, qafqazşünas alim Oleq Kuznetsovla mətbuat konfransı kecirilmişdir.

“Cənubi Qafqazın təhlükəsizliyi təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də olduqca vacibdir”. Bu sözləri Oleq Kuznetsov hələ Azərbaycan Prezidenti İlham Əliyevin 1915-ci ildə Rusiyaya səfəri ərəfəsində Moskvanın “İnterfeks” agentliyində Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında söyləmişdi.

Keçən ilin sentyabrında Bakıda keçirilən Mətbuat Konfransında isə Oleq Kuznetsov bildirmişdir:

“Bu gün Ermənistanın dövlət ideologiyası səviyyəsinə qaldırılan G.Nijde ideyalarının əsl mahiyyətini, ermənilərin faşist Hitler Almaniyası ilə əlaqələrini, onların törətdikləri çox saylı terror aktlarını əks etdirən sənədlər toplusu üzərindən məxfilik götürülərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi  saytında yerləşdirilib”.

Əldə olunan bu və digər faktların Rusiya hakimiyyətinin ermənilərə xüsusi simpatiya bəsləyən bəzi dairələrinin öz mövqelərində düzəliş etmələrinə imkan verəcəyinə ümid edən Oleq Kuznetsov Mətbuat konfransında erməni vandalizmi ilə bağlı son tarixi araşdırmalarının nəticələrini Azərbaycan ictimaiyyətin nümayəndələrinin nəzərinə çatdırdı.

Oleq Kuznetsovun video lentlə göstərilən erməni daşnak qüvvələrinin terror əməllərini sübut  edən araşdırma sənədləri içərisində bu yaxınlarda Rusiyada çeçen və azərbaycan qarşıdurmalarının səbəbkarı olan ermənilərin bu faktı ortaya çıxaran sosial şəbəkələrdə yayılmış yazıları da var idi.

Qafqazşünas alimə qarşı Ermənistan mətbuatı tərəfindən müxtəlif təxəllüslər altında gizlənən müəlliflərin sui qəsd çağırışlı məqalələrinin, “XX yüzilliklərdə trans milli  erməni terrorunun tarixi” monoqrafiyasına görə erməni lobbisinin məsuliyyətə cəlb etmək təşəbbüsünün sərt cavablarla qarşılanması  bir daha xatırlandı.

Azərbaycan  Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqqları  İnstitutunun fəxri professoru,  Avropa Elm və Sənayə Konsorsiumunun (ESIC) qızıl medal mükafatçısı Oleq Kuznetsov qarşısına qoyduğu məqsədlərdə haqlı olduğunu dəfələrlə sübut etmişdir.

Bu gün, eyni zamanda, Oleq Kuznetsov 1947-1948-ci illərdə erməni qəsbkarlarının törətdiyi cinayətlər, habelə böyük köç siyasəti barədə DTX-nin sənədlərinə əsaslanan mühazirəsi və hazırladığı video-lent də nümayiş etdirilmişdir.

1950-ci illərə aid arxiv materiallarına əsasən II Dünya müharibəsi dövründə alman faşistləri ilə əməkdaşlıq etmiş erməni millətçilərinin axtarılıb üzə çıxarılması ilə əlaqədar bütün Cənubi Qafqazda aparılan əks kəşfiyyat  tədbirləri barədə bir neçə sənəd, müxtəlif ölkələrdə yaşayan erməni millətindən olan terrorçuların vahid bir mərkəzdən idarə edilərək bu əməli törətmələri cinayətin qlobal miqyasını sübut edir.

Oleq Kuznetsov qonaqları və mətbuat nümayəndələrini maraqlandıran bir çox sualları da geniş şəkildə cavablandırmışdır.

Sənubər Qasımova

İctimaixeber.az