Putin bu gün azərbaycanlı milyarderlə görüşəcək

0
282

“Şirkət həm daxili, həm də xarici bazarda olduqca əhəmiyyətli yer tutur və xarici bazarlara çıxmaq üçün aktiv şəkildə iş aparır” Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycan əsilli milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O vurğulayıb ki, Vladimir Putinin bu gün Kremldə bir neçə görüş keçirməsi planlaşdırılıb: “Belə görüşlərdən biri də “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovla olacaq”.
“Şirkət həm daxili, həm də xarici bazarda olduqca əhəmiyyətli yer tutur və xarici bazarlara çıxmaq üçün aktiv şəkildə iş aparır. Prezident ənənəvi olaraq Ələkbərovla görüşlər keçirir, bu da onlardan biridir” – deyə Peskov jurnalistlərə bildirib.