Beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb

0
453

Azərbaycanda insan alverinin qarşısının alınması, qurbanlarının hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilib. İnsan alveri ilə mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlandığı 2014-cü ildən indiyədək görülmüş qətiyyətli tədbirlər nəticəsində beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb.

ictimaixeber.az “Qərbinfo.az”a istinadən xəbər verir ki, bu sözləri aprelin 3-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Bakıda

“Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu” mövzusunda keçirilən beynəlxalq seminarda deyib.

Heydər Heydərov bildirib ki, həmin müddətdə insan alveri ilə bağlı 1413 cinayət faktı qeydə alınıb, 919 zərərçəkmiş şəxs müəyyənləşdirilib. Nəticədə 550 təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilib.

H.Heydərov qeyd edib ki, qlobal çağırışlara cavab verən ölkədaxili qanunvericilik bazasının formalaşdırılması üzrə ötən illərdə davam etdirilən işlər həmin cinayətlərlə mübarizədə əhəmiyyətli olub. İnsan alveri qurbanlarının hüquqları və onların müdafiəsi bu sahədə təkmilləşmiş ölkə qanunvericiliyinin özəyini təşkil edir.