Bakı-Sumqayıt yolunda avtobus qəzaya uğradı – Yaralananlar var

0
281

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında “Hyundai Terracan” markalı avtomobil qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılıb.

İdarəetməni itirən avtobus yol qırağındakı ağaclara dəyərək dayanıb. Hadisə nəticəsində ciddi xəsarət alanların olduğu bildirilir.