2019-cu ildə ən çox qaçqın qəbul edən ölkə bəlli oldu

0
380

Ötən il Avropa İttifaqına üzv ölkələrə 612 700 sığınacaqla bağlı müraciət edilib.

“Eurostat” “20 İyun Ümumdünya Qaçqınlar Günü” ilə əlaqədar, ötən il qaçqınlarla bağlı sığınacaq müraciətləri və mövcud məlumatları açıqlayıb.

Ən çox müraciətin Suriya (74 400), Əfqanıstan (52 500) və Venesuela (44 800) mənşəli insanlar tərəfindən edildiyi məlum olub.

Ən çox qaçqın qəbul edən Aİ ölkələri müvafiq olaraq Almaniya (142 500), Fransa (119 900) və İspaniya (115 200) olub.

Sığınacaq istəyənlərin yeddi faizini valideyn himayəsindən məhrum qaçqın uşaqlar, 62 faizini kişilər, 38 faizini qadınlar təşkil edib.