2018-ci ildə bu səhifə bağlandı – Nikol Paşinyan

0
145

Ermənistanda seçkilər adətən siyasi böhran yaradır. 2021-ci il parlament seçkiləri Ermənistanda seçkilər siyasi böhrandan çıxmaq üçün alət rolunu oynadı.

Bu sözləri hazırda Almaniyada səfərdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“2020-ci ildə 44 günlük müharibədən sonra yaşadığımız daxili siyasi böhranı nəzərdə tuturam. Adətən seçkilər siyasi böhran yaradır, 1994-cü ildən 2018-ci ilə qədər belə olub.

2018-ci ilin inqilabından sonra bu səhifə bağlanıb. Bununla belə, təhlükəsizliklə bağlı son problemlər demokratiyanın özünün təhlükəsizliyinin təminatı ilə bağlı ciddi suallar doğurur. Ermənistanda demokratiyanın təhlükəsizliyinin təminatı cəmiyyəti haqlı olaraq narahat edən və hökumətimiz tərəfindən həll edilməli olan problemdir”