“20 Yanvar” metrosu ərazisindəki yanğın tıxac yaratdı – FOTO

0
384

Həsən bəy Zərdabi küçəsində, metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verdiyindən hadisə yerinə yanğınsöndürmə avtomobilləri cəlb olunub. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda hadisə baş verən ərazidə – H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Təqdim edilən fotolardan da bəlli olduğu kimi, sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.