20 yanvar 1990-cı ildə xalqa qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə səbəb oldu.
Həmin dəhşətli günlərdə xalqının azadlığını şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
O dəhşətli gecənin canlı şahidlərindən biri də Qax sakini Yusif Yusiflidir. Həmin vaxt 21 yaşlı Yusif ali təhsilini başa vurduqdan sonra Bakıda qalaraq zavodlardan birində işləyib.
Yanvarın 19-dan 20-nə keçən gecə isə hər bir Azərbaycan vətəndaşı kimi o da Sovet ordusuna qarşı öz etirazını bildirən insanlar arasında olub.
Qəhrəmanımız söyləyir ki, əgər arxadan onu çəkən yoldaşı olmasaydı, o da şəhid ola bilərdi.
Həmin gecə böyük sarsıntı keçirən Yusif bir neçə ay xəstəxanada müalicə alıb. Daha sonra dəfələrlə müalicələrə cəlb olunsa da, indi də həmin faciənin izlərini daşıyır və ikinci qrup əlil kimi təqaüd alır.
Daha ətraflı süjetdə: