20 YANVAR AZADLIĞA APARAN YOL

0
149

Bu gün Azərbaycan Nəşriyyatında 20 Yanvar 34 – cü il dönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev, ictimai xadimlər, yazarlar, jurnalistlər, təşkilat rəhbərləri, gənclər iştirak etdi.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçıları 20 Yanvar hadisələrini gənc nəslin nümayəndələrinə danışdı.
Bu gün imiş kimi, həmin günü bir daha yaşayıb ,xatırlandı.

(1990-cı il… 19-dan 20-nə gecən gecə sovet tankları Azərbaycanın paytaxtı Bakıya girib qırğınlar törətdi. Dinc və günahsız insanları qətlə yetirdi.)

34 il bundan əvvəl Azərbaycan tarixində misli görünməyən faciə yaşandı. Bu faciəni başımıza açan rus ordusu oldu. Hər şey planlı şəkildə hazırlanmışdı. Bir gecənin içində Bakının küçələri qan gölünə döndü.

O dəhşətli gecə heç gözlərimin önündən getmir. Tankların səsi, dənizdən eşidilən gəmi siqnalları, havada işiq saçan dəhçətli işıqlar və s.
Hər kəs öz evində ekran qarşısında oturub xəbər gözləyirdi. Birdən-birə Azərbaycan televiziyası susdu. Daha doğrusu televiziyanın yayın bloku partladıldı.

O gecə yaşanan dəhşətlər səhəri gün hər kəsə bəlli oldu. Azərbaycan matəmə büründü. İnsanlar qorxu bilmədən meydanlara axışdı. Lakin rus ordusunun saqqallıları kimsəyə acımır, insanları günün günorta çağında qətlə yetirirdi.

20 Yanvar, qanlı yanvar! O dəhşətli gecədən 34 il ötür. Sanki dünən olmuşdu. Ancaq o dəhşətli gecə Azərbaycan xalqını azadlığa apardı. İnsanlar rus imperiyasının əsarətindən qurtarmaq üçün meydanlarda yatdılar. Bəli, şəhidlərin qanı bahasına azadlığı qazandıq.

Şəhidlərimizin məzarı al qırmızı qərənfillərlə örtüldü. Artıq 34 ildir ki, toylarımızın bəzəyi olan, gəlinlərimizin qucağında ər evinə gedən qərənfillər şəhid məzarlarını bəzəyir. O qərənfillər boynu bükük bitirlər.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri