20 ildir su üzünə həsrət qalan Maştağa – VİDEO

0
457

Sabunçu rayon Maştağa qəsəbəsi, Nizami küçəsi, Döngə 6 ünvanında yaşayan sakinlər təxminən 20 ildir ki, içməli sudan məhrumdurlar.

Adətən su problemi olan qəsəbələrdə məsul qurum tərəfindən səbəb kimi yaşayış massivi yeni salınıb və ya uzaqda olması göstərilir. Bura isə uzaq deyil, Maştağa qəsəbəsinin tam mərkəzidi.

Məsələ ilə bağlı Azərsu ASC-dən Abşeron yarımadası üzrə baş planın olduğunu və mərhələli şəkildə həmin əraziyə də su çəkiləcəyi bildirildi.

Problemin nə az, nə çox, düz 20 ildir ki mövcud olması artıq sakinləri də hövsələdən çıxarıb. Həm havaların istiləşməsi, həm də pandemiya onların suya olan ehtiyacını daha da artırıb.

Hər biri inamsız şəkildə aidiyyatı qurumun sözünə əməl edəcəyi günü gözləyir: