2 uşağı olanlara ŞAD XƏBƏR

0
140

Türkiyədə doğum sayı azaldığı üçün hökumət yeni addım atıb. Analıq məzuniyyətinin uzadılması ilə yanaşı, cütlüklərə dəstək ödənişlərinin edilməsi də qərara alınıb.

Bu barədə Türkiyə Statistika Təşkilatı açıqlama verib. İşləyən analar üçün 5 başlıq altında yeni tənzimləmələrin edilməsi planlaşdırılan qərara yeni detallar əlavə edilib.

Yeni tənzimləmələrlə insanların 30 yaşına qədər iki uşaq dünyaya gətirməsi təşviq ediləcək, evlilik dəstəyi artırılacaq. Nazirliklərin birgə işinə görə, məqsəd uşaqların sayını artırmaq üçün nikah yaşını yenidən 23-26 yaşa endirməkdir.

Eyni zamanda, uşaq bağçalarının sayı artırılacaq və anaların uşaqları ilə işə getməsinə şərait yaradılacaq. Uşaqların xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.