Tarixdə bu gün hansı hadisələr baş verib?
Noyabrın 2-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1795 – 5 nəfərin idarəetməsinə əsaslanan Fransa Direktoriyası qurulub.
1894 – Sonuncu Rusiya çarı II Nikolay taxta çıxıb.
1914 – Rusiya İmperiyası Osmanlı İmperiyasına müharibə elan edib.
1922 – “Molla Nəsrəddin” jurnalı fəaliyyətini bərpa edib.
1936 – BBC televiziya verilişlərinin yayımına başlayıb.
1948 – Marqaret Çeyz Smit ABŞ-da senata seçilən ilk qadın olub.
2000 – Vladimir Kramnik Harri Kasparovu məğlub edərək onun 15 illik dünya çempionluğuna son qoyub.