2 milyona aldığı üzüyü həyatının səhvi adlandırdı – Foto

0
808

Türkiyəli müğənni Bülent Ersoy konsert verib.

O, səhnəyə dəri gödəkçədə çıxıb. İfaçının əlindəki brilyant üzük diqqət çəkib.

2 milyon lirə dəyərində olan üzük barədə jurnalistlərə danışan Ersoy onu almağını həyatının səhvi adlandırıb:

“1980-ci ildə Almaniya Səfirliyinin yanında bir ərazini satın alacaqdım. Ancaq üzüyü görəndən sonra ərazidən vaz keçdim. Həyatımın ən böyük xətalarından biri oldu. Hər taxanda bunu xatırlayıram. Həm kədərlənirəm, həm də xoşbəxt oluram. Bütün bu hissləri eyni anda yaşayıram”.

Qeyd edək ki, Bülent Ersoy Türkiyənin ən varlı müğənnilərindən biridir.