2-ci qrup əlil 4 uşaq atası Mirkənan Seyidovun həbsi və hakimin qərəzli “ədaləti”

0
584
2-ci qrup əlil 4 uşaq atası Mirkənan Seyidovun həbsi və hakimin qərəzli "ədaləti"
Bakunews.az saytının rəhbəri Mirkənan Seyidovun həbsinin arxasında kimlərin dayandığı haqda təxmini bilgilər var. Bu barədə Mirkənan Seyidovun yaxınları məlumat verib.

Bildirilib ki, Mirkənanın 4 övladı var. Ən böyüyünün 9 yaşı. Özü 2-ci qrup əlildir. Mirkənan nə qədər ağır cəza törətsə belə, yüngülləşdirici halların heç biri nəzərə alınmayıb. Çünki Cinayət Prosessual Məcəllənin yüngülləşdirici hallarla bağlı konkret maddələri var. Hakim ittiham üzrə mümkün olan ən ağır cəzanı təyin edib. Hakim qərəzli deyilsə, niyə onun əlil olmasını, 4 övladının himayəsində olduğunu nəzərə almayıb.Azərbaycanda hər kəs masajxanaların əslində hansı fəaliyyətlə məşğul olmasını bilir. Elə hüquq-mühafizə orqanları və məhkəmələr də. Görünən o ki, Mirkənan Seyidov da digər həbsə göndərilən sayt rəhbərləri kimi qurbana çevrilib.GUNinfo.az bildirir ki, dəfələrlə bir sıra masaj salonlarında olan durumla bağlı ölkə mediasında videolar yayılıb, yazılar tirajlayıblar və bunu bilməyən yoxdur. İndi jurnalisti tutublar ki, niyə bu haqda yazı dərc edib. Vallah çox gülünc durumdu. Çünki K. Seyidovun dərc etdiyi material da onun özünün olmayıb, başqa bir saytdan götürüb yayımlayıb. Həmin material üzrə araşdırma aparıb cinayət işi başlamaq, günahkarları cəzalandırmaq əvəzinə, hadisə haqda məlumat verən şəxsi həbs edirlər.

Onu da qeyd edək ki, Mirkənan Seyidovun işi üzrə proses 1 ildən artıq idi ki, davam edirdi. Həmin müddətdə Seyidov dəfələrlə ailə üzvlərinə, anasına məlumat verib ki, məhkəməni əsassız yerə uzadırlar ki, məni həbs edələr. Bildirək ki, məhkəmənin hökmü ilə M.Seyidova 4 il 11 ay 28 gün iş verilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə mühakimə olunaraq həbs edilib.