190 manat birdəfəlik ödəmənin verilməsi başa çatıb – YENİLƏNİB

0
633

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax , Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə 190 manat birdəfəlik ödənişlərin verilməsini başa çatdırıb.

Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmə vəsaitləri həmin rayonar üzrə  işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxsləri əhatə edib.

Ödəniş aprel-may aylarında birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı həmin 13 şəhər və rayona aid olan şəxslərə təyin edilib. Vəsait may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən onlara verilmiş kartlar üzrə hesablara köçürülüb.

Ödəmə 272 min şəxsi əhatə edib və bunun üçün 52 milyon manat vəsait yönəldilib.

Bu, artıq pandemiya dövründə dördüncü ödənişdir və bundan əvvəl isə aprel və may aylarında hər ay ölkə üzrə 600 min şəxsə, iyul ayında 16 şəhər və rayon üzrə 283 min şəxsə bu ödəmə edilib.

15:30

Birdəfəlik ödəmənin (190 manat) verilməsinə başlanılıb.

Bu barədə Əmək və Əhalinin Soisal Müdafəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərə bu gündən etibarən vəsaitlərin verilməsinə başlanılıb:

“Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilən kartlara köçürülür. Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır.

Qeyd edim ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan 278 min işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal çalışan aztəminatlı şəxsləri əhatə edir