İordaniyalı boksçu Raşed əl-Svaysat Polşada keçirilən gənclər arasında dünya çempionatında mübarizədən sonra ölüb.
Bu barədə “Reuters” xəbər verib.
Qeyd edək ki, aprelin 16-da 19 yaşlı idmançı 81 kq-a qədər çəki dərəcəsində estoniyalı Andrey Vinoqradovla döyüşdə huşunu itirib.
Boksçu xəstəxanaya yerləşdirilib, başından hematomun çıxarılması üçün təcili beyin əməliyyatı edilib. Bundan sonra Əl-Svaysat reanimasiya şöbəsinə köçürülsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.