17 yaşlı Aytac Səfərəliyeva genetik xəstəliklə doğulub.
2 yaş 9 aylıq ikən ona ferment çatışmazlığı ilə müşayiət olunan genetik böyrək xəstəliyi (Birincili hiperoksaluriya 1. Tip) diaqnozu qoyulub.
Aytac 2007-ci ildə açıq böyrək əməliyyatı edilib. Dəfələrlə əməliyyatlara məruz qalan Aytac nənə və babasının himayəsində böyüyüb.
Hal-hazırda Aytac Türkiyə Akdeniz Universitetinin Hüquq Fakültəsinin 1-ci kurs tələbəsidir. Lakin o, xəstəlik səbəbindən təhsil ala bilmir.
Xəstəliklə bağlı hazırkı vəziyyəti isə hər iki böyrəyin üçüncü dərəcəli hidronefrozu ilə ağırlaşmış xroniki böyrək çatışmazlığıdır.
Aytac uşaqlıqdan Ukrayna, İran, Türkiyə, Rusiya və Almaniyada müalicə edilib və əməliyyat edilib. Bu xəstəliyin müalicəsi üçün lazım olan dərman isə Almaniyada tapılıb. Dərmanın qiyməti isə 80.000 avrodur (153,320 manat).
17 yaşlı Aytacın dərman alınandan sonra ümumi müalicə xərcləri isə 20.000 avro (38,330 manat) təşkil edir.
Aytac 14 ildir ki bu dərmanın yolunu gözləyir. Dərman artıq tapılıb və bu dərman ailə üçün əlçatmazdır.
Aytacın nənə və babasının onu müalicə etdirmək üçün imkanları yoxdur.
Aytacın sizin köməyinizə ehtiyacı var.
Ailənin əlaqə nömrəsi: 0505788090