Yaponiyanın İzumi şəhərində maraqlı hadisə qeydə alınıb. Belə ki, 30 kvadrat metrlik evdə bir ailənin 164 itlə birlikdə yaşadığı müəyyənləşib.
Məsələ ilə bağlı açıqlama verən “Doubutsu Kikin”in vəqfinin direktoru biri Sagami Kunihisa heyvanların burada öz tullantıları ilə qidalandıqlarını vurğulayıb:
“Ötən ay cütlüyü qonşular şikayət edib. Bütün hər yer itlə dolu idi, döşəmədə görə biləcəyiniz hər yer nəcislə örtülü idi. İtlər infeksion xəstəliklərə yoluxublar. Bu, açıq şəkildə heyvan istismarıdır”.
Qeyd edək ki, vəqf heyvanları mikroblardan təmizləmək və tibbi yardım göstərmək üçün sığınacaqlara təslim edəcək.
Mediada ailənin 30-40 il əvvəl baxmaq üçün bir heyvanı sahibləndikləri, heyvanın zamanla törədiyi və imkansızlıq səbəbilə onu qısırlaşdıra bilmədikləri qeyd edilib.