16 yaşlı İctimai radio

0
334

Bu gün İctimai radionun yaranmasından 16 il keçir.

Radionun ilk yayımı 2006-cı il yanvarın 10-da həyata keçirilib.

İctimai radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM dalğasında yayımlanır.

Radio 4 departamentlə dinləyicilərini maarifləndirir, məlumatlandırır və əyləndirir:

– Xəbərlər və analitik proqramlar departamenti;
– Elm-təhsil, Gənclik və idman departamenti;
– Musiqi və əyləncəli verilişlər departamenti;
– Ədəbiyyat və İncəsənət departamenti.

Oxu.Az kollektivi İctimai radioda çalışan həmkarlarını təbrik edir, gələcək işlərində uğurlar diləyir.