
Rusiyanın Yekaterinburq şəhərində 150-dən çox məktəb təxliyə olunub.
Bu barədə şəhərin təhsil departamenti məlumat yayıb.
Belə ki, məktəblərdə partladıcı qurğular yerləşdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına zənglər daxil olub. Bundan sonra 151 məktəbin şagirdləri və müəllim kollektivi təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.