Ötən il Qazaxıstanın Almatı şəhərində baş vermiş dəhşətli təyyarə qəzasının görüntüsü yayılıb.
Görüntüdə sərnişin təyyarəsinin qarda sürüşdüyü və daha sonra binaya çırpıldığı görünür.
Xatırladaq ki, dekabrın 27-də Almatı-Nur-Sultan reysinin təyyarəsinin qəzaya düşməsi nəticəsində 15 nəfər ölüb, 66 nəfər yaralanıb.
Hava gəmisinin göyərtəsində ümumilikdə 93 sərnişin və 5 ekipaj üzvü olub.