149 azərbaycanlı karantinə görə işdən çıxarıldı – VİDEO

0
362

Özbəkistanda fəaliyyət göstərən YES şirkəti karantin rejiminə görə 450 əməkdaşını işsiz qoyub.

Natiq Mikayılovun rəhbərlik etdiyi şirkət əməkdaşlarına işlədikləri ayın əməkhaqqını belə verməyib.

Aralarından Tailand, Filippin, Banqladeş və 149 nəfər Azərbaycan vətəndaşı olan işçilər xarici ölkədə əlacsız qalıblar.

“ENTER Engineering Pte.Ltd” şirkəti isə YES-in işsiz qalan xarici əməkdaşlarının bəzilərini müvəqqəti yaşayış yeri və üç dəfə yeməklə təmin edib. Lakin bunun nə zamana qədər davam edəcəyi məlum deyil.