Mobil telefonlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Bu günlərdə…

0
83

Radiosiqnalların ötürülməsi kəsilə, elektronik əşyalarda nasazlıqlar, mobil telefonlarda isə ləngimələr yarana bilər.

Çünki qarşıdakı iki gün ərzində geomaqnit qasırğası olacaq.

Günəşdə davamlı olaraq baş verən M sinif, yəni radiodalğaları əngəlləyən, yayılmasına mane olan alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.

Ekspertin sözlərinə görə, maqnit dalğası elektronik əşyalarda nasazlıq və kəsintilərə də səbəb ola bilər.

Bu günlərdə meteohəssas insanların açıq havada çox olmamaları tövsiyə edilir.

Qeyd olunub ki, sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi mülayim, səviyədə olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.