14 yaşlı uşaq 5 nəfər ailə üzvünü öldürdü 

0
533

ABŞ-ın Alabama ştatında 14 yaşındakı bir uşaq 5 nəfər ailə üzvünü silahla vuraraq öldürdüyünü etiraf edib.
 
 Alaba ştatının Limestone bölgəsində 14 yaşlı bir oğlan atasını, ögey anasını və 3 qardaşını silahla vurub. Polis rəsmiləri uşağın hadisəni törətdikdən sonra onlara zəng vurduğunu və ilk ifadəsində evin birinci mərtəbəsində silah səsləri eşitdiyinə dair məlumat verdiyini deyib.
Qeyd edək ki, uşağın hadisədən bir neçə saat sonra cinayətini etiraf etdiyi qeyd olunub.