Vegeterianlar öz qida rasionlarına çoxlu zülalla zəngin paxlalı bitkilər daxil etməlidirlər

0
794

Gündəlik qida rasionunda meyvə-tərəvəz və göyərti məhsullarından istifadə edənlər vegeterian kimi xarakterizə olunurlar. Onu da qeyd etmək lazımdır ki, onlar qida pəhrizi ilə məşğul olmurlar və bunu xüsusi həyat tərzinə çevirirlər.

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov deyib: “Vegeterianlığın bir neçə növü var. Onların bəziləri süd və ağartı məhsulları, yumurta, hətta ət və balıqdan, bəziləri qırmızı ətdən, bəziləri balıq və toyuqdan, bəziləri isə ümumiyyətlə heyvan mənşəli qidalardan imtina edirlər.

Vegeterianlar qida rasionunu müəyyənləşdirərkən olduqca ehtiyatlı davranmalıdırlar, çünki onların müəyyən ərzaq qrupunu istehlak etməməsi orqanizmdə qida çatışmazlığına səbəb ola bilər.

Tərkibində zülalla zəngin olan paxlalı bitkilərdən daha çox istifadə olunmalıdır. Mütləq şəkildə mineral suların müəyyən növləri qəbul edilməlidir ki, orqanizm lazım olan vitaminlərlə təmin edilə bilsin”.