ŞƏFƏQİN ” İŞIĞ”INDA..

0
218

ŞƏFƏQ SULTAN Əlixanlı- kimdir?Gəlin, onun həyat yoluna nəzər salaq..
Şəfəq Sultan Əlixanova 22 sentyabr 1955 – ci ildə Bakıda ,ziyalı ailəsində anadan olub.
1972-ci ildə H.Cavid adına 132 nömrəli orta məktəbi bitirib.1973 -cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub.Tələbəlik illərində o vaxtkı Dövlət Teleradio Verilişləri Komitəsi ilə sıx əməkdaşlıq edib.1974 cü ildən ədəbiyyata, mətbuata gəlir.
1980- ci ildən Əmək kitabçasına yazılan Az.TVR-da 45 ildən artıq sənət yolu keçib,”Sabahınız xeyir” “Molla Nəsrəddin” “Xatun”,”Bizdən sonra” və s..populyar, uzunömrlü verilişlərin müəllifi və aparıcısı olub.
Dünya ədəbiyyatından tərcümə və səhnələşdirmələri, eləcə də müəllifi oldugu 40-dan çox Radio- tamaşa Radiomuzun ” Qızıl fond”unda saxlanılır.
Azərbaycan müstəqilliyini qazanandan sonra Respublika Qadınlarıının l və ll qurultayının nümayəndəsi seçilib.Hazırda Ş.Əlixanlı yüksək peşəkarlıqla yaradıcılıgının parlaq dövrünü yaşayır.O,eyni zamanda ixtisası üzrə respublikanın müxtəlif universitetlərində dərs deyir, sevdiyi peşəsinin sirlərini gənclərə də öyrədir.
Şəfəq xanımın bu dəyərli ömür və sənət tarixçəsinin bir dəyərli məqamı da onun 45 illik ailə taleyinin Azərbaycan Radiosu ilə bağlı olması, həyat yoldaşı yazıçı- jurnalist Vaqif Əlixanlı ilə talelərinin məhz bu sənət ocağında birləşməsidir.Övladları Aynur,Aytac,Ayna və Zərif də elmə, sözə, sənətə valideynləri qədər bağlıdırlar!
Şəfəq xanım Respublika Mətbuat Fondunun ” Dan ulduzu”,” Zərdabi” və başqa mükafatlarla da təltif olunub.Müxtəlif illərdə ” İlin jurnalisti” adını qazanıb.
1996 -cı ildə isə Ulu Öndər Heydər Əliyevin 4 noyabr fərmanı ilə Azərbaycan Mədəniyyətinin, İncəsənətinin və dövlətçiliyinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının” Əməkdar İncəsənət Xadimi”adına layiq görülüb.Az.TV- nin populyar ” Ovqat” verilişinin müəllifi və aparıcısı olduğu müddətdə reytinq cədvəlinin ən ön sıralarında olmasıyla telejurnalistikamıza başıucalıq gətirib.
Bu günlərdə “Əməkdar İncəsənət Xadimi” , yazıçı- publisist Şəfəq Sultan Əlixanlının yaradıcılığının 50 illiyinə həsr olunmuş görüşü Azərbaycan Yazıçılar Birliyinin” Natəvan” klubunda keçirildi.Şəfəqsevərlərin işıgına toplaşanlar onun yaradıcılığı haqqında geniş söhbət açdılar….
Tədbirin aparıcısı,MM deputatı Jalə xanım Əliyeva sözü AYB – nin əməkdaşı, şairə- publisist Gülyamil Murada verdi.O, Şəfəq xanımın yaradıcılıq ugurlarından, nümunəvi şəxsi keyfiyyətlırindən bəhs etdi.Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA)fondunun baş redaktor müavini Əsəd Aslanoglu bu fondun təsisçiliyi ilə nəşr olunan”İşıq” jurnalının redaktoru kimi ,jurnalın oxunaqlı və daha maraqlıı olması üçün Şəfəq xanımın da rolunu yüksək qiymətləndirdi.Ulu öndərimiz Azərbaycan qadınını yüksək dəyərləndirərək deyirdi:–“Azərbaycan qadını tarıx boyu öz ağlı,zəkası , namusu,qeyrəti, fədakarlığı, çalı.qanlığı, mərdliyi və millətinə, torpagına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır”.Həqiqətən də bu yüksək mənəvi keyfiyyətləri ilə yazıb yaradan Şəfəq xanım haqqında danışmaqla sözümüz bitmir!

Çıxış edənlər- AYB – nin əməkdaşı Dayandur Sevgin,Azərbaycan Radio verilişlərinin əməkdaşı Könül Səyavuşqızı,Az TV- nin veteran əməkdaşı Abbas Rüstəmov, məşhur milyonçu AgaMusa Nağıyevin nəvəsi Dilara AğaMusa,Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin( DAMM)Ekspertlər Şurasının sədri,”Qızıl Qələm”Media Mükafatçısı, AJB- nin üzvü, ” Tərəqqi” medallı yazıçı- publisist Nəzakət Əhmədova,Televiziya Akademiyasının yetirməsi Röya Nəbizadə və başqaları xoş xatirələrini danışaraq yubilyarı təbrik etdilər. Söz AYB- nin tərcümə mərkəzinin direktoru Vaqif Əlixanlıya verildi.Vaqif müəllim Şəfəq xanımın öz peşəsinə necə vurğunluqla yanaşdığından, övladllarının cəmiyyət üçün faydalı insan kimi yetişdirdiyindən,onlarla mehriban, qayğıkeş,səmimi ana kimi yanaşmasını da vurğuladı.Bu xoş sözləri Şəfəq xanımın bacısı Almaz Ələkbərova və qızları da təsdiqlədilər.Aparıcı Jalə xanım və yubilyar Şəfəq xanım bu gözəl tədbirdə iştiraklarına görə ziyalılarımıza təşəkkür edərək minnətdarlıqlarını bildirdilər.Sonda ənənəvi olaraq xatirə şəkilləri çəkildi.

NƏZAKƏT EMİNQIZI, yazıçı – publisist, “Xanqızı Natəvan”DAQ İB- nin üzvü