13 yaşlı Sunayın dəhşətli faciəsi – Video

0
53

Bu gün, 28 aprel, istedadlı Azərbaycanlı qız Sunay Məmmədovanın dünyasını dəyişdiyi gündür

2013-cü ildə cəmi 13 yaşında ikən 16-cı mərtəbədən yıxılaraq həyatını itirən Sunayın xatirəsi bu gün də yaxınlarının və tanıyanların ürəyində yaşayır. Əgər yaşasaydı, bu gün o, 25 yaşında olardı.
Sunayın həyatı maraqlı rəqəmlərlə dolu idi:
28 iyul onun doğum günü idi 
28 aprel dünyasını dəyişdiyi gün oldu 
28 may küçəsində əynində 28 nömrəli köynək geyinmişdi
Sonuncu çıxdığı bina da 28-ci bina idi. O, 16-cı mərtəbədən yıxılaraq həyatını itirdi.
Sunay çox istedadlı bir uşaq idi – vokalla məşğul olur, şeirlər yazır, məşhur müğənni olmaq arzusu daşıyırdı. Bir neçə dildə mahnı oxuyur, müxtəlif müsabiqələrdə iştirak edirdi. Xalq artisti Səlim Məmmədov onun xatirəsinə “Sunay” adlı kompozisiya bəstələmiş, ailə yaxını, Sunayın dostu Emin Eminzadə isə İspaniyada keçiriləcək yarışma üçün xüsusi mahnı hazırlamışdı. Lakin tale ona başqa qismət yazmışdı.
Atası, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov onun diplomat olmasını arzulayırdı. Amma Sunayın ürəyi sənətə vurulmuşdu. Gündəliyində Ümummilli Lider Heydər Əliyevə, Əsli nənəyə həsr olunmuş duyğulu şeirləri qalıb.
Sunay dünyasını dəyişdiyi zaman atası, ictimai xadim Rasim Məmmədov Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I-ci vitse-prezidenti idi. Lakin bu günlərdə o, artıq daha yüksək vəzifələrdə çalışır: Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti, İctimai Nəzarət Təşkilatının Sədri, Sabitlik və İnkişaf Mərkəzinin Rəhbəridir.
Onu tanıyanlar Sunayı xeyirxah, zəkalı və istedadlı bir uşaq kimi xatırlayırlar. Bu gün onun anım günüdür və sevdikləri üçün o, həmişə yaşayacaq.
Sunay Məmmədova 2000-ci il təvəllüdlü idi. Ölümündən sonra bir çox mədəniyyət xadimləri onun xatirəsini yaşatmaq üçün layihələr həyata keçiriblər. Əgər yaşasaydı, bu gün o, bəlkə də Azərbaycanın məşhur sənətçilərindən biri olardı.
“Gənc yaşında itirdiyimiz bu istedad heç vaxt unudulmayacaq.” — deyə xatırlayırlar onu yaxınları.
Sən həmişə bizimləsən, Sunay… Allah rəhmət eləsin!