Azərbaycanda bu məhsul ucuzlaşdı

0
170

Bitki yağlarının qiyməti enib.

Ucuzlaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur.

Böyük supermarketlərin birində xaricdən gətirilən 2 litrlik bitki yağının qiyməti 14 manat 50 qəpikdən 11 manat 50 qəpiyə enib. Yerli məhsullar da müxtəlif adlar və çeşidlərdə təqdim olunur ki, onların da qiymətində nəzərəçarpacaq dərəcədə endirim var.

Ukrayna, Belarus və Zelandiyadan gətirilən kərə yağları da 1 manat – 1manat 50 qəpik arasında ucuzlaşıb.

İqtisadçı-ekspert Elmir Səfərlinin sözlərinə görə, duru yağların qiymətində enmə daha çox hiss olunur.

Elə alıcılar da son aylarda həm yerli, həm də müxtəlif ölkələrdən gətirilən duru yağların qiymətinin dəyişdiyini deyirlər.

İqtisadşı-ekspert Rəşad Həsənov isə bu ucuzlaşmanı dünya bazarında bitki yağlarının, eləcə də onların istehsalı üçün lazım olan xammalın qiymətinin enməsi ilə əsaslandırır.

İqtisadçılar bildirir ki, ucuzlaşmanın növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

Ümumiyyətlə isə ölkədə qarğıdalı və günəbaxan istehsalını genişləndirməklə xarici xammal bazarından asılılığa son qoymaq mümkündür ki, bu da qiymətlərin daha da enməsinə səbəb olar.