12 yaşında məktəbi qurtaran yeniyetmə özünə iş qurdu – FOTO

0
310
JON C. LAKEY / SALISBURY POST Mike Wimmer helps his Nap Robot Infinite stay balanced as it performs a programmed version of the Thiller dance. Wimmer, 10-year-old Mensan from Salisbury, recently started his high school career at a CFA Academy in Concord. Wimmer was given the opportunity to give a presentation this past summer at the American Mensa Summer Gathering in Indianapolis with his Nao Robot that he programed for the presentation. . Salisbury, North Carolina. 10/24/18

Amerikanın Şimali Karolina ştatından olan yeniyetmə Mayk Uimmer 12 yaşında olmasına baxmayaraq, artıq orta məktəbi və kolleci bitirib, həmçinin özü üçün iki iş qurub.

Bu barədə “NBC News” xəbər verib.

Məlumata görə, Mayk Uimmer uşaq yaşlarından dərsləri rahatlıqla öyrənib, amma yaşının azlığından ciddiyə alınmayıb və istədiyi əlavə dərslərə girə bilməyib. Bundan sonra o, boş vaxtlarında iki texnoloji şirkət yaradıb.

O, ilk şirkəti “Next Era Innovations”ı yeddi yaşında işə salıb.

Koronavirus pandemyası müddətində məktəbə getmə zərurətinin olmaması ona daha çox vaxt verib və o, zamanını əlavə dərslərə sərf edib. 2020-ci ilin dekabrında Mayk məktəb proqramının mənimsəyib və diqqətini kollec təhsilinə yönəldib. Cari ilin iyun ayında Uimmer həm məktəbi, həm də kolleci bitirib.

Qeyd edək ki, Uimmer elmi və iş yükünə baxmayaraq, uşaqlara məxsus məşğuliyyətlərə də vaxt tapır.

“Otağım “Hot Wheels” maşınları ilə doludur, yerdə oyuncaq dəmir yolu var və hər yerdə “Lego” oyuncaqları səpələnib. Mən həm dərsdən, həm işdən zövq alıram, həm də uşaq olaraq qalıram”, – deyə o bildirib.