12 min “Vaqner” döyüşçüsü İrəvanda – Paşinyan kəşfiyyatı ayağa qaldırdı

0
157

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Vaqner” üzvlərinin ölkəyə gəlməsi ilə bağlı xəbərləri yoxlayır.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistan təhlükəsizlik orqanı sorğuya cavabında bildirib ki, yoxlama tədbirləri hələ də davam edir.

Qeyd edək ki, “Vaqner” üzvlərinin Ermənistana gəldiyi və çevriliş hazırladığı haqda məlumatlar ilk dəfə hökumətə yaxın “Baqramyan” teleqram kanalında yayılıb. Məlumatda 12 min “Vaqner” üzvünün Ermənistana gəldiyi iddia edilirdi. Ermənistanın baş naziri Nikol Paşinyan bu iddialara istinadən Milli Təhlükəsizlik Xidmətinə məsələni araşdırmaq tapşırığı verib.