
Kürdəmirin rayon mərkəzindən təqribən 50 kilometr məsafədə yerləşən və 10 mindən çox əhalinin mütəmadi olaraq istifadə etdiyi 28 kilometrlik Mollakənd-Axtaçı yolunun təxminən 10 kilometrlik hissəsi artıq yarasız vəziyyətdədir.
Cəmi bir neçə il əvvəl inşa olunan və 12 kəndi birləşdirən magistral yolun bəzi hissələrində yaranan çalaların dərinliyi təqribən 25-30 santimetrə çatır.
Qeyd edək ki, ümumi uzunluğu 28 kilometrlik yol dövlət başçısının sərəncamı ilə 2015-ci ildə inşa olunub və prezidentin iştirakı ilə həmin yolun açılışı olub.
Daha ətraflı süjetdə: