Paşinyan ağzından qaçırdı: Qarabağda niyə atəş açılır?

0
220

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün ölkə mediasına müsahibəsində sensasion bir etiraf edib.

O, Qarabağ münaqişəsinin həll edildiyi barədə Azərbaycanın rəsmi mövqeyinə toxunub və deyib ki, əgər münaqişə bitibsə, onda niyə Qarabağda atəş açılır (“Azərbaycan ermənilərə atəş açır?”).

Məntiqlə, doğrudan da elədir: münaqişə bitibsə, Azərbaycan Ordusu Qarabağda niyə atəş açmalıdır?

Bu, əslində rəsmi İrəvanın hansı oyun oynadığını üzə çıxarır. Azərbaycanın Qarabağ bölgəsində, rus sülhməramlıların himayəsinə sığınan qanunsuz erməni silahlıları vaxtaşırı olaraq, məhz rus sülhməramlıları özlərinə sipər edərək, onların arxasından Azərbaycan Ordusunun mövqelərinə atəş açır və təxribatlar törədir. Məqsəd də odur ki, bu barədə məlumatları beynəlxalq qurumlara ötürsün və Qarabağda “atəş pozulduğu”, münaqişənin bitmədiyi haqda təəssürat yaratsın.

Xüsusi olaraq vurğulayaq ki, 10 noyabrda Paşinyan növbəti riyakar yalanını danışmış və Azərbaycan ərazisindən Ermənistan hərbi birliklərinin artıq çıxarıldığını, Qarabağdakı silahlıların isə “ermənilərə qarşı genosidin qarşısında əsas maneə” olan “özünümüdafiə dəstələri” olduğunu iddia etmişdi. Guya Azərbaycan Ordusunun qarşısında bir ovuc erməni silahlı terrorçu dayanırmış!

Bu gülünc yalanla Paşinyanın heç kəsi aldada bilməyəcəyi aydındır – çünki Azərbaycan Ordusunun qarşısında Ermənistan ordusu da, “müdafiəçilər” də, Suriyadan, Livandan gətirilən terrorçular da, Fransadan, Rusiyadan gələn “könüllülər” də 44 gün dayana bilmədi, darmadağın edildi. Bir ovuc silahlı-terrorçu Azərbaycan Ordusunun qarşısını ala bilər?

Əslində isə Paşinyan Ermənistan ordusunun hərbi birliklərini Qarabağda məhz təxribatlar üçün saxlayıb, onları maliyələşdirməklə məşğuldur. Təsadüfi deyil ki, Ermənistanın dövlət büdcəsindən Qarabağdakı məhz həmin terrorçu-silahlılara 288 milyon dollar ayrılması barədə növbəti dəfə qərar qəbul edildi.

Bu vəsaitin əhəmiyyətli hissəsinin məhz Qarabağdakı qanunsuz silahlı birləşmələrin maliyələşməsinə, hərbi texnikaya və silah alınmasına xərcləndiyi şübhəsizdir. Məkrli məqsəd və hədəflərini isə Paşinyan özü etiraf etdi