11-ci Beynəlxalq Fotofestival keçirilmişdir

0
397

Bursada 11-ci Beynəlxalq Fotofestival keçirilmişdir
19-28 noyabr 2021-ci il tarixlərində Türkiyənin Bursa şəhərində 11-ci Beynəlxalq Fotofestival keçirildi. Fesitvala 12 ölkədən 262 fotoqraf , 200 sərgi və 20 təqdimatla qatılmışdır.
Bu festivala qonaq ölkə olaraq Azərbaycan fotoqrafları yeni bir rəng qatmışdır. Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umudov jurnalistlərin də suallarını cavablandırmışdır.
Açılış Bursa şəhər bələdiyyəsi tərəfindən dəstəklənmiş, şəhərin mərkəzindən başlayan yürüş Atatürk mədəniyyət konqres mərkəzində festivalın açılış tədbiri ilə davam etdi.
Bursa Millət vəkili Efkan Ala, Bursa Böyükşəhər Bələdiyə sədri Alinur Aktaş, Azərbaycan Respublikasının Türkiyədəki səfiri, cənab Rəşad Məmmədov, Bursa Kent Konseyi ( şəhər şurası ) sədri Şevket Orhan, BUFSAD dərnəyinin sədri, Serpil Savaş, 11-ci Bursa FotoFestinin kuratoru Kamil Firat festival iştirakçılarını salamlayaraq festivalı açıq elan etdilər.
TFSF ( Türkiye Fotoqraf Sanatı Federasyonu ) idarə heyətinin sədri Sefa Ulukan və Azərbaycan Fotoqrafları Birliyi adından Birliyin sədr müavini Rauf Umudov iştirakçılar qarşısında uzun müddətli qarşılıqlı yaradıcılıq əlaqələri memarandumu imzalamışlar. Eyni zamanda AFB və BUFSAD dərnəkləri ilə ayrıca memarandum imzalanmışdır.
Azərbaycan fotoqraflarını təmsil edən Emil Xəlilov “Fotoqraf olmaq” mövzusu ilə çıxış etdikdən sonra, Rauf Umudov Azərbaycanda foto dərnəklər haqqında məlumat vermiş və jurnalistlərin sulını cavablandırmışdır.
Digər Festival günlərində Emil Xəlilov və İlkin Yaqubov türk fotoqraflarının işlərini qiymətləndirmişdir.
Sərgi ilə yaxından tanış olan cənab səfir yaxın gələcəkdə Azərbaycan fotoqraflarının Türkiyədə yaradıcılıq sərgisinin açılmasını təklif etmişdir.
26 müəllifin 167 fotolarından ibarət sərgi tamaşaçılarda maraq doğurmur, bir qisim tədbirdə iştirak edən müəlliflərə suallar verilmişdir.