102 yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI – Həftədə üç gün…

0
140

1940-cı ildə ərinin qurduğu kurortda hələ də işləyən 102 yaşlı meksikalı qadın uzun və aktiv həyat sürməyin sirrini açıb.

Bu barədə CNBC yazır.

Debora Sekey 3 may 1922-ci ildə Nyu-Yorkda anadan olub. 1939-cu ildə məşhur macar alimi, filosofu və təbii həyat tərzinin müdafiəçisi Edmond Sekey ilə evlənib. Müharibə başlayandan sonra Sekeyin Amerika vizası ləğv edilməli və o, vətəninə qaytarılmalı idi. Sonra cütlük Meksikanın Aşağı Kaliforniya ştatına köçüb və orada Şimali Amerikada ilk belə təşkilatlardan biri olan “Rancho La Puerta” sağlamlıq kurortunu qurub.

Debora Sekey yaşlansa da, “Rancho La Puerta”da işləməyə davam edir, baxmayaraq ki, o, rəhbərliyi çoxdan qızına təhvil verib. Qadın həftədə üç gün – çərşənbə axşamı, çərşənbə və cümə axşamı işləyir. Çərşənbə günləri qonaqlarla danışır, çərşənbə axşamı və cümə axşamı isə onlarla və qonaq məruzəçilərlə ünsiyyət qurur.

Sekey uzunömürlülüyünün səbəbi kimi mütaliəni və daim yeni nəsə öyrənmək istəyini göstərib.