ABŞ-dan olan 100 yaşlı qadın uzunömürlülüyün sirlərini bölüşüb.
Yaşının çox olmasına baxmayaraq, amerikalı qadın bu yaxınlarda sürücülük vəsiqəsini təzələyərək onun şərəfinə keçirilən əyləncə gecəsində iştirak edib. Dostların və ailəsinin sözlərinə görə, Rocers hələ də aktiv həyat tərzi keçirir, yemək bişirməkdən və bağçılıqdan zövq alır.
Rocers uzunömürlülüyünü axşam saat beşdə içdiyi bir bakal pivəyə borclu olduğunu açıqlayıb.
O, 11 uşaq dünyaya gətirib. 19 yaşında Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrində könüllü olaraq xidmət edib. Uzünömürlü qadın həmçinin İkinci Dünya Müharibəsinin də iştirakçısı olub.