“100 min silahlı olsa…” – Paşinyana qarşı şok təklif

0
381

“Ermənistan müxalifəti (Vətəni Xilas Hərəkatı) şənbə mitinqi ilə gedən mübarizənin sonuna çevirməməli idi”.

Bunu erməni siyasi eksperti Armen Badalyan söyləyib.

Badalyan müxalifət qüvvələrinin ciddi resurs itkisinə məruz qaldığını, vaxtın onun əleyhinə işlədiyini bildirib.

Ekspertə görə, indiki məqamda cəmiyyəti inandırmağın mümkün olmadığını, bunun üçün illərin lazım olduğunu vurğulayıb: “Bəlkə də illər sonra seçicilərin şüurunda dəyişikliklər olacaqdır.Qərb qrantları ilə dəstəklənən təşkilatlara və şəxslərə gəldikdə, bunların da müqavimətini qırmaq mümkün olmayacaq. Bunu yalnız iqtidarda olmaq və qanunvericilikdə dəyişiklik etməklə həyata keçirmək mümkündür”.

Badalyana görə, baş nazirin bir nömrəli dəstəkçisi “Mənim addımım” fraksiyasıdır və Paşinyana sadiq deputatlar onun əleyhinə çıxana və ya ona qarşı səs verənə qədər vəzifəsini davam etdirəcək.

Vazgen Manukyanın təklif etdiyi “ildırımsürətli qiyam ssenarisi” təklifini şərh edən Badalyan bunun da bir seçim olduğunu vurğulayıb, lakin bunun tam olaraq necə edilə biləcəyinin bir az problematik olduğunu bildirib:

“100 min silahlı tərəfdarınız varsa, təbii olaraq heç bir hakimiyyət bu qüvvəyə müqavimət göstərə bilməyəcək, ancaq sual bu qədər insanın olub-olmaması ilə bağlıdır. “İldırımsürətli qiyamının necə həyata keçiriləcəyi hələ bəlli deyil, onun təsir dərəcəsini qiymətləndirmək çətindir”.

O, hazırkı məqamda polis və təhlükəsizlik strukturlarının Paşinyanı dəstəkləməsinə diqqət çəkib.

Dünən keçirilən bir mitinqdə hərəkatın lideri Vazgen Manukyan hakimiyyət dəyişikliyinə nail olmaq üçün əvvəlcə Nikol Paşinyanın güvəndiyi dörd sütunu dağıtmağın lazım olduğunu deyib. Manukyana görə, “Mənim addımım”ın güc strukturlarına və deputatlarına kütləvi şəkildə təzyiq göstərmək, ətalətli seçicilər arasında izahat işləri aparmaq, xaricdən maliyyələşən qurumlara və agent şəbəkələrinə müqavimət göstərmək lazımdır.