100-dən çox sürücü saxlanıldı – REYD

0
629

Siyəzəndə “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı reyd keçirilib.

Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi şöbəsinin keçirdiyi reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

“Təmiz hava” aylığı çərçivəsində 100-dən çox avtomobil saxlanılıb və onlar barəsində qanuna müvafiq tədbirlər görülüb. Digər qayda pozan sürücülər barəsində də müvafiq qaydada cərimələr tətbiq edilib.