Braziliyanın Rio-de-Janeyro şəhərində dünyaca məşhur karnaval ərəfəsində tropik denqe qızdırması epidemiyası qeydə alınıb.
Bu barədə şəhərin meri Eduardo Paes xəbər verib.
“Yanvar ayında 10 mindən çox xəstəliyə yoluxma var və biz şəhərin tarixi ərzində xəstəxanaya yerləşdirilmə rekordunu qırdıq, bu ilin ilk ayında 362 nəfərdir”, – mer şəhərin səhiyyə katibliyinin rəhbəri ilə birgə mətbuat konfransında deyib.
Merin sözlərinə görə, yaxın günlərdə meriya denqe qızdırması olan xəstələr üçün 10 səyyar qəbul və ilk yardım mərkəzini yerləşdirəcək.
Rio-de-Janeyroda dünyaca məşhur karnavalın başlamasına bir həftə qalıb. Bayram fevralın 10-dan 13-dək keçiriləcək, lakin artıq kütləvi şənliklər başlayıb. Bu, həm də turizm mövsümünün pik dövrüdür. 2024-cü ildə karnavalda 2 milyondan çox turist gözlənilir; şəhərin otel şəbəkəsinin 87 %-i doludur.