10 min terrorçu Azərbaycanla sərhəddə: Hücum planının sensasiyalı DETALLARI

0
139

Fransa və İran Zəngəzurda yeni müharibə hazırlayır. Bu məqsədlə aralarında PKK terrorçularının da olduğu terrorçu qruplar bölgəyə cəlb edilir.
Bu barədə “Türkiyə” qəzeti yazıb.

Qəzet qeyd edir ki, türk dünyasını siyasi və iqtisadi sferada bağlayacaq Zəngəzur dəhlizi xarici güclər tərəfindən hədəf seçilib.

“Fransanın maliyyələşdirdiyi minlərlə erməni quldur sərhədə gətirilib. İran və Hindistan da bölgəyə silah göndərir”, – qəzet yazır.

Qəzetə danışan ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, aralarında PKK terrorçularının da yer aldığı 10 minlik qruplaşma Zəngilandan Daşkəsənə qədər sərhəd boyu ərazilərdə yerləşdirilib: “Sasna Tsrer, Voma, Nor ASALA, Bever və Yerkrapa kimi dəstələrə gündəlik 12 dollar pul verilir. Bu pul Fransa və erməni diasporu tərəfindən təmin edilir”.

Qəzet təhlükəsizlik mənbələrinə istinad yazır ki, Azərbaycanla sərhəddə yerləşdirilən erməni terrorçu dəstələri Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dan gələnlərdən ibarətdir.

“Fransa və İran mütəxəssisləri sərhəddəki terrorçu dəstələrə sabotaj və təxribatların təşkili, raketdən istifadə, ərazilərin minalanması və kəşfiyyat aparmaq üzrə təlimlər keçir”, – qəzet qeyd edir.