Dünyada qlobal problemə səbəb olan, insanların sağlamlığını təhlükə altında qoyan koronavirus bir çox sektorlara da olduqca böyük miqdarda ziyan vurub.
UNESCO yoluxmanın incəsənət və mədəniyyət aləminə vurduğu ciddi zərərə diqqət çəkib. “Sənət aləmi virusun ziyan verici təsirinə qarşı güclə dayanır”- deyən UNESCO film sektorunda 10 milyon insanın işsiz qalacağını bildirib. Dünya miqyasında aparılan geniş miqyaslı tədqiqatlar göstərir ki, bu hal sadəcə film sektorunda deyil, digər sahələrdə də yaşanacaq. Rəsm qalereyalarında işləyənlərin sayı da yarıya qədər azaldılacaq. Musiqi sektoru isə bu il konsertlər təşkil edilmədiyindən 10 milyard dollar itirib