Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakıda saxlanılan 10 erməninin azad edilməsini səmimiyyətlə alqışlayırıq.
Bu barədə Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında paylaşım edib.
“Əsirlərin azad edilməsi Brüsseldə müzakirə edildiyi kimi, etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir. AB tərəfi saxlanılanların İrəvana transferini həyata keçirib”, – Mişel bildirib.