Çində sürətlə yayılan və insanları qorxuya salan naməlum mənşəli virus barədə yeni məlumat əldə olunub.
Bildirilir ki, sətəlcəm epidemiyasına səbəb olan virusun insandan insana ötürülməsi ilə bağlı əlamət tapılmayıb. Mütəxəssislər hesab edirlər ki, yoluxma xəstə heyvanlarla təmasdan, habelə dəniz məhsullarından istifadə nəticəsində baş verib.
Bundan əvvəl Çinin Hubei əyalətində naməlum mənşəli sətəlcəm epidemiyasının sürətlə yayıldığı bildirilmişdi. Xəstəliyə yoluxanlar arasında ölüm halları da qeydə alınmışdı.
Son məlumatlara görə, naməlum mənşəli virusa yoluxma halı artıq Cənubi Koreyada da müşahidə olunur.